Müdafiə Nazirliyi: Ermənilərə köməyə gələn ehtiyat qüvvələr məhv edildi – VİDEObackend

Müdafiə Nazirliyi: Ermənilərə köməyə gələn ehtiyat qüvvələr məhv edildi - VİDEO

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib”, – Nazirlikdən bildirilib.

www.parla.az