Müdafiə Nazirliyi əhaliyə müraciət etdibackend

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistanın informasiya təxribatlarına cavab verib.

PARLA xəbər verir ki, o, Ermənistan tərəfinin tankımızın vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yaydığını deyib.

V. Dərgahlı Azərbaycan ictimaiyyətini düşmənin dezinformasiyalarına inanmamağa çağırıb.

O, 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt qutusuna on minlərlə müraciətin daxil olduğunu da bildirib.

V. Dərgahlının sözlərinə görə, bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub.

www.parla.az