Mübariz Mənsimovun məhkəməsi təxirə salındıbackend

Mübariz Mənsimovun məhkəməsi təxirə salındı

Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

PARLA xəbər verir ki, məhkəmədə “Palmali” şirkətinin vəzifəli şəxsləri ifadə verib.

Daha sonra Mübariz Mənsimova söz verilib. O ifadə verərək ittihamları qəbul etmədiyini deyib: “Mən şiəyəm, FETÖ ilə heç bir əlaqəm yoxdur. Səhhətim yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm”.

Məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb.

www.parla.az