Mübariz Mənsimov Qarabağ döyüşlərindən yazdıbackend

Mübariz Mənsimov Qarabağ döyüşlərindən yazdı

“Əsgərlərimizin arasında olmaq istərdim”

PARLA xəbər verir ki, bu sözləri hal-hazırda İstanbulda həbsdə olan iş adamı Mübariz Mənsimov deyib. Bu barədə onun Facebook səhifəsində paylaşım edilib.

Həmin paylaşımı təqdim edirik:

“Qələbə xəbərlərini oxuyuram. Məni qəhər boğur. Sevincdən özümə yer tapa bilmirəm. Ucu-bucağı olmayan Möhtəşəm, Tarixi bir Qələbəni dar otağa sığdırmağa calışıram. Bu gözəl xəbərlərin hər bir hərfini, hər bir cümləsini yaşayıram. İndi mən burada yox, Azərbaycanda, Vətənimdə olmalı idim. İndi bu dəmir barmaqlıqlar arasından baxmalı yox, Ali Baş Komandanımın müsəlləh əsgəri olaraq onun əmrlərini yetirməli, yalnız və yalnız İRƏLİ getməliydim.

Millətim, Xalqım! Bu müqəddəs anlarda birləşin, yumruq olun, Ali Baş Komandan ətrafında birləşin, Qalib Ordumuz ətrafında birləşin. İndi bütün dünya Bizim gücümüzü, Bizim qəhrəman millət olduğumuzu gördü. Biz buyuq! Azərbaycanlı, milli qüruru olan bir xalq! Öz dövlətinə, öz əsgərinə güvənən və torpaqlarını geri almaq üçün canından keçən xalq! Mən Mübariz bu mübariz Əsgərlərimizlə, Dövlətimlə, Prezidentimlə fəxr edirəm! Qardaş Türkiyəyə nə deməli?! Türkiyə növbəti dəfə güçünü, ədalətini, qardaşlığını dünyaya nümayiş etdirdi. Türk və İslam dünyasının lideri, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ilk gündən beynəlxalq aləmə göndərdiyi mesaj bu oldu: Türkiyə bütün imkanları və tam qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaq! Bu, əsl qardaşlıq, əsl türklükdür.

Nə mutlu “TÜRKƏM” deyənə!!!

QARABAĞ AZƏRBAYCANDIR!!!

Mübariz Mənsimov, “Palmali” Şirkətlər Qrupunun sahibi”

www.parla.az