Müəllimlərin əməkhaqları ilə bağlı AÇIQLAMAbackend

Müəllimlərin əməkhaqları ilə bağlı AÇIQLAMA

Tədris saatlarının azaldılması müəllimlərin əməkhaqlarına təsir etməyəcək.

PARLA xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Təhsil naziri əlavə edib ki, rayonlara gediş-gəliş açılmadığı halda valideynlər övladlarını yaşadıqları yerdə məktəbə göndərə bilərlər:

“Eyni zamanda onlar distant təhsildən yararlana bilərlər. Bütün regionlarımızda tədris müəssisələri var”.

Nazir qeyd edib ki, özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılır: “Onlar təhsil alan xarici vətəndaşların ölkəyə gəlməsi üçün müraciət edə bilərlər”.

www.parla.az