“MTN-in belə əməkdaşı olmayıb” – DTX məlumat yaydıbackend

“MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında yayılan məqalələrə münasibət bildirib.

PARLA DTX-nin saytına istinadən xəbər verir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb.

Məlumatda bildirilir:

“Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır”.

 

 

www.parla.az