Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava – VİDEObackend

Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava - VİDEO

Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşma baş verib.

PARLA xəbər verir ki, dünən gecə Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava olub.

Məlumata görə, Moskvada Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində kütləvi dava baş verib.

Davada ümumilikdə 30-a yaxın insan iştirak edib. Rusiya Qvardiyasının şəxsi heyəti hadisəyə müdaxilə edib.

RİA Novosti Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin mətbuat xidmətinə istinadən yazır ki, davadan sonra 13 nəfər saxlanılıb. İştirakçılardan biri çiynindəki kəsilmiş yara ilə xəstəxanaya aparılıb.

www.parla.az