Moskva polisi ermənilərlə azərbaycanlılar arasındakı toqquşma barədə məlumat yaydıbackend

Moskva polisi ermənilərlə azərbaycanlılar arasındakı toqquşma barədə məlumat yaydı

Ötən gün Moskvada baş verən kütləvi davalardan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

PARLA xəbər verir ki, bu məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsi yayıb.

Məlumata görə, bu maddə əsasında doqquz nəfər həbs edilib.

Baş İdarə, həmçinin Troitki və Novomoskovski administrativ dairələrindəki davada bir nəfərin yaralandığını və mağazanın şüşələrinin qırıldığını bildirib.

Başqa davalarda isə naməlum şəxslərin kafe və avtoyuyucu mərkəzinin şüşələrini sındırdığı qeyd edilib.

Bununla belə, Rusiya DİN insidentlərin səbəbkarlarının adını açıqlamayıb. Rusiya rəsmi dairəsi həmçinin hadisənin məhz azərbaycanlılar, yoxsa ermənilər tərəfindən təşkil edildiyini, eləcə də hansı millətin nümayəndələrinin saxlanıldığını da elan etməyib.

www.parla.az