“Moskovskiy Komsomolets”: “Erməni hərbçilərinin Qarabağda niyə itkin düşdüyü məlum oldu”backend

"Moskovskiy Komsomolets”: "Erməni hərbçilərinin Qarabağda niyə itkin düşdüyü məlum oldu"

“Bir neçə yüz erməni hərbçisi Dağlıq Qarabağdakı döyüşlər zamanı itkin düşüb. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 16 noyabr – bazar ertəsi günü İrəvandakı son mətbuat konfransında bildirdi. Baş nazir ümid edir ki, onların əksəriyyəti yaralanıb və tezliklə evlərinə qayıdacaqlar”.

PARLA Konkret.az-a istinadən xəbər verir ki, bu sətirlər ”Moskovskiy Komsomolets” nəşrindən götürülüb. Nəşrin apardığı araşdırmada qeyd olunur ki, “Paşinyan, baş nazir olaraq itkilər və məğlubiyyətlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü etiraf edib. O, itkin düşənlərin geri qaytarılacağına söz verib. Söhbət itkin düşmüş yüzlərlə erməni hərbçisindən gedir. Bu, o deməkdir ki, dövlətin ən yüksək vəzifəli şəxslərində ölənlər və itkin düşənlər barədə dəqiq məlumatlar yoxdur.

Buna baxmayaraq, Nikol Paşinyan ölənlərin cəsədlərinin mübadiləsi prosesinin başlamasını səbirsizliklə gözlədiyini və bununla da itkin düşənlərin bir qisminin taleyinin bəlli olacağını vurğulayıb.

Portal yazır ki, Sovet İttifaqının dağılmasından sonra baş verən və hələ də davam edən Qarabağ münaqişəsi yenidən alovlanaraq minlərlə insanın ölümünə səbəb olub: “Çətin və qeyri-bərabər döyüşdə erməni könüllüləri, çox güman ki, sadəcə qaçıblar. PUA-ların yaratdığı vahimə, top atəşləri, mühasirəyə düşmə – bunların hamısı könüllü olaraq döyüşə gedənlərə çox pis təsir edib. Könüllülərin bir qismi ölüb, bir qismi  qaçıb, bir qismi isə çox guman ki, Azərbaycan tərəfə əsir düşüb. Azərbaycan tərəfi hələlik əsirlərin tam siyahısını açıqlamasa da, faktı inkar da etmir”.

Təəssüf ki, müharibədə əsir düşmək adi bir hadisədir. Məsələn, 2008-ci ilin avqust ayında Gürcüstandakı toqquşmalar zamanı  22 nəfərin itkin düşdüyü deyilmişdi. Ancaq bir müddət sonar onların hamısı sağlam evlərinə qayıtmışdı. Onlar sadəcə müharibənin dəhşətlərindən qorxub təslim olmuşdular.

www.parla.az