Monte Melkonyanın başını kəsən əfsanəvi qəhrəman İbad Hüseynov səngərdə – FOTOLARbackend

Monte Melkonyanın başını kəsən əfsanəvi qəhrəman İbad Hüseynov səngərdə - FOTOLAR

Əfsanəvi Qəhrəman İbad Hüseynov gərgin döyüşlərin baş verdiyi bu günlərdə Əsgərlərimizi tək qoymadı.

PARLA qəhramanın səngərdən fotolarını təqdim edir:

İbad Hüseynov xarici səfərlərə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə gedir. Eyni zamanda qəhrəmanın adına Bakıda, Xocavənd, Türkiyənin 6 şəhərində küçə salınmışdır.

Qeyd edək ki, İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.

Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.

Erməni təxribatı Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə “Avo” ləqəbli məşhur erməni komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq, qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdi. İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır və onu məhv edir (başını kəsir).

Ermənilər İbad Hüseynovun başına külli miqdarda pul qoymuşdular.

www.parla.az