İzmirdə 91 saat sonra 4 yaşlı qız xilas edildi – FOTObackend

İzmirdə 91 saat sonra 4 yaşlı qız xilas edildi - FOTO

İzmirdə 6.6 bal gücündə baş verən zəlzələ nəticəsində yaranan dağıntılar altından daha bir körpə çıxarılıb.

PARLA xəbər verir ki, 91 saat dağıntılar altında qalan 4 yaşlı Ayla Gezginin səhhətində ciddi problemlər yoxdur.

Onu qurtaran əməkdaşlardan birinin sözlərinə görə, Ayla ilk olaraq atasını soruşub, su və ayran istədiyini bildirib. Möcüzələrin yaşandığı İzmirdə hələ bir neçə insanın dağıntılar altında qaldığı bildirilir. Onlardan biri də Aylanın anası Fidan Gezgindir.

www.parla.az