MN: “Ermənistan ərazisində sərhəd zastavasının vurulması xəbəri yalandır” – TƏXRİBATbackend

MN: "Ermənistan ərazisində sərhəd zastavasının vurulması xəbəri yalandır" - TƏXRİBAT

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır.

PARLA xəbər verir ki, Ermənistanın bu gün Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə, Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyindən bildirilib ki, əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.

www.parla.az