MN: “Azərbaycan Ordusunun Xankəndini raket atəşinə tutması yalandır”backend

MN: "Azərbaycan Ordusunun Xankəndini raket atəşinə tutması yalandır"

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

PARLA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir” – məlumatda vurğulanıb.

www.parla.az