Mixail Yefremov 8 il həbs cəzasına məhkum edildi – FOTObackend

Mixail Yefremov 8 il həbs cəzasına məhkum edildi - FOTO

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar olan aktyor Mixail Yefremov ümumi rejimli koloniyada olmaq şərtilə 8 il həbs cəzasına məhkum edilib.

PARLA xəbər verir ki, bu qərarı Presnenski məhkəməsi verib. Aktyor, eyni zamanda qəzada ölən Sergey Zaxarovun böyük oğluna 800 min rubl məbləğində təzminat ödəməli olacaq.

Məhkəmə aktyoru yol hərəkəti qaydalarını pozmaqda, ehtiyatsızlıqdan bir nəfərin ölümü ilə nəticələnməkdə və sərxoş vəziyyətdə törətməkdə günahkar hesab edib. Zərərçəkənlər tərəfindən verilən şahidlərin ifadələri etibarlı sayılıb, lakin məhkəmə müdafiə tərəfinin Yefremovun sərnişin oturacağında oturduğuna dair sözlərinə inanmayıb. Sənətçinin şəxsən “cipini” sürdüyü və içində tək olduğu təsbit edilib.

Bundan əlavə, məhkəmə həkimlərin Sergey Zaxarovu xilas etmək üçün əlindən gələni etdiyini təsbit edib. Eyni zamanda müdafiə tərəfi sürücünün tibbi səhv səbəbiylə öldüyünü israr edib.

Xatırladaq ki, ölümlə nəticələnən yol qəzası hadisəsində dövlət ittihamçısı Yefremov üçün 11 il həbs istəmişdi. Son iclasda aktyor son sözü söyləyib və məhkəmə çərçivəsində olmasa da günahkar olduğunu etiraf edib. Bu gün sənətçi məhkəməyə əşyaları olmadan gəlib, əlində yalnız bir qovluq olub.

www.parla.az