“Miri Yusifin səsi yoxdur” – keçmiş “Dəyirman” qrupunun üzvübackend

"Miri Yusifin səsi yoxdur" - keçmiş "Dəyirman" qrupunun üzvü

“Əgər sən müğənnisənsə, ya səsin, ya da səhnədə göstərəcəyin performansın o qədər keyfiyyətli olmalıdır ki, camaat səni dinləsin və izləsin.”

PARLA bildirir ki, bu sözləri Keçmiş “Dəyirman” qrupunun üzvü, şou-biznesdə ABD Malik təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərli Oxu.Az-a müsahibəsində deyib.

“Miri Yusifin səsi yoxdur, amma səhnədəki şousu mükəmməldir. Duzu və şirinliyi var. Eyni məsələ Ədalət Şükürova da aiddir. O, vokal tərəfdən güclü ifaçı deyil. Lakin Ədalətin səs temberi, avazı və səhnə duruşu tamaşaçıların xoşuna gəlir. Elə müğənnilər var ki, onların möhtəşəm səsləri və yüksək vokal qabiliyyətləri var. Mahnı oxuyanda yüksək notları götürsə də, amma duzu olmadığına görə, kənarda qalıb. Mənim kimi… Mənim vokal qabiliyyətim yaxşıdır, pis deyil, yüksək notları götürə bilirəm. Amma şirinliyim, duzum yoxdur. Ona görə heç kim məndən danışmır. Miri Yusifdəki duz məndə yoxdur. Nəsə çatışmır, amma bilmirəm nə… İndiyə kimi də nəyin çatışmadığını tapa bilməmişəm.” -deyə, o, əlavə edib.

www.parla.az