Minskdə maskalılar insanları küçədən tutub aparır – VİDEObackend

Minskdə maskalılar insanları küçədən tutub aparır - VİDEO

Hüquq mqdafiəçilərinin siyahısında təxminən 50 saxlanılan var.

PARLA xəbər verir ki, “Euroradio” sentyabrın 8-də Minskdə Mariya Kolesnikova və repressiyalara məruz qalan insanlara dəstək aksiyası zamanı adamların necə saxlanması barədə video reportaj hazırlayıb.

Müxalifətin Koordinasiya Şurasının üzvü olan Kolesnikova avqustun 9-da keçirilmiş prezident seçkiləri öncəsi Aleksander Lukaşenkoya qarşı güclərini birləşdirən və Belarusda qalmış üç müxalif qadın siyasətçinin sonuncusudur. Lukaşenkonun sərt tənqidçisi olan Kolesnikova həftələrdir davam edən kütləvi nümayişlərdə mühüm rol oynayıb.

İnsanlar küçədə yenicə yığılmağa başlayırdı ki, maskalı güc qurumları əməkdaşları qadınlara hücum edərək, onları sürüyə-sürüyə mikroavtobuslara aparırdılar. Bu cür kütləvi həbslər Belarus paytaxtının çox yerində müşahidə olunub. Hüquq mqdafiəçilərinin siyahısında təxminən 50 saxlanılan var.

Hazırda Kolensnikovanın harada olduğu bilinmir. Son məlumata görə, onu Müxalifətin Koordinasiya Şurasının digər üzvləri olan Anton Rodnenkov və İvan Kvarsovla birlikdə Ukraynaya deportasiya etməyə çalışıblar. Kolesnikovanın artıq Belarus sərhədini keçəndən sonra pasportunu çırıb, özünü maşından atdığı bildirilir.

Bu haqda “Facebook”da Ukraynanın Daxili işlər nazirinin müavini Anton Geraşenko da yazıb.

“Bu, könüllü səfər deyildi, doğma vətəndən zorən çıxıb getmək idi. Mariya Kolesnikovanı Belarusdan ona görə çıxarmaq mümkün olmadı ki, bu cəsur qadın onun sərhəddən keçirilməsinə qarşı çıxdı. O, Belarus Respublikasının ərazisində qaldı. Aleksandr Lukaşenko onun həyat və sağlamlığına görə məsuliyyət daşıyır”, – ukraynalı məmur yazıb.

Kolesnikova özü də əvvvəldən mübarizə yoldaşlarına bəyan etmişdi ki, Belarusu tərk etmək niyyətində deyil. Əlaqələndirmə Şurasının daha bir üzvü Olqa Kovalkova həmçinin eyni bəyanatla çıxış edib.

www.parla.az