Milyonçunun kötükcəsi həqiqətləri fransızlara çatdırmaq üçün Qarabağa gedəcəkbackend

Milyonçunun kötükcəsi həqiqətləri fransızlara çatdırmaq üçün Qarabağa gedəcək

Görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klod (Alban Claude) Qarabağa səfər edəcəyini bildirib.

PARLA xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib.

“Tezliklə Qarabağda olacam. Mənim məqsədim fransız oxucular üçün bu  müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm”,- deyə Alban Klod qeyd edib.

Qeyd edək ki, ixtisasca tarixçi olan Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

www.parla.az