Mehriban Zəki: “Dövlət oğurluqla tikilən şadlıq saraylarını teatrlara versin”backend

Mehriban Zəki: “Dövlət oğurluqla tikilən şadlıq saraylarını teatrlara versin”

Xalq artisti Mehriban Zəki verdiyi təkliflə diqqət çəkib.

PARLA xəbər verir ki, sənətçi bəzi şadlıq saraylarının teatr binasına çevirilməsinin tərəfdarı olduğunu bildirib:

“Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz yurdsuzdur. Dövlət büdcədən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarını teatrlara versin. Mədəniyyətimizə daha çox xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, Səda tədris teatrı və daha neçə teatrın binası olsun.

Bəzi “sahibkar”ların büdcədən, xalqdan oğurluq edib tikdirdiyini sübut etdikdən sonra səlahiyyət dövlətindir.Maraqları formalaşdırmaq, yönləndirmək zamanıdır. Qanun və hüquq normaları hər şeydən üstün olmalıdır. Əks təqdirdə mədəni cəmiyyət formalaşdırmaq çətindir”.

Qeyd edək ki, sənətçinin bu təklifi sosial mediada maraqla qarşılanıb. İstifadəçilər M.Zəkiyə şərh yazaraq ona dəstək veriblər.

www.parla.az