Mehman Hüseynovun anası erməni imiş – FOTOFAKTbackend

Mehman Hüseynovun anası erməni imiş - FOTOFAKT

Yaxın günlərdə 1news.az saytının redaksiyasına sensasiyalı müraciət daxil olub.

Məlumat kifayət qədər ciddi olduğundan, yayımlamadan əvvəl məlumatların etibarlılığını yoxlamaq qərarına gəldik və yalnız onların həqiqiliyinə əmin olduqdan sonra bu mətni çap etməyə razılaşdıq.

Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli redaksiya, hər vaxtınız xeyir!

Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.

Beləliklə, əvvəlcə qeyd edim ki, bu, özlərini demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin və Mehman Hüseynovlar qardaşlarına aiddir.

Və daha dəqiq desək – onların valideynlərindən biri. Yəni anaları – qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahimov qızı Hüseynova ilə bağlıdır.

Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar etdim.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib).

1949-cu ildə, təxminən 2 yaşında, yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən Yevgeniya Ovanesova övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).

18 il keçdikdən sonra – 1967-ci ildə Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, belə bir maraqlı vəziyyət ortaya çıxdı – demək olar ki, “Azərbaycanda demokratiya uğrunda mübarizə aparan” əsas iki nəfərin anası erməni oldu.  Bu, ictimaiyyətdən çox diqqətlə gizlədilib.

Maraqlıdır, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan və Yevgeniya Ovanesovanın cənazəsində təriflər yağdıran müxalif AXCP sədri Əli Kərimli bundan xəbərdar olub?

Beləliklə, nəticədə Hüseynov qardaşları özləri bu məlumatı necə şərh edəcəklər?

Yaşayarıq, görərik.

Hörmətlə və bu materialın nəşrinə ümidlə”.

Firəngiz Bədir-zadənin doğum haqqında şəhadətnaməsi (Yevgeniya Ovanesova)

Firəngiz Bədir-zadənin (Yevgeniya Ovanesova) övladlığa götürülmə aktı

www.parla.az