Mayk Tayson 15 il sonra rinqə çıxacaqbackend

Mayk Tayson 15 il sonra rinqə çıxacaq

Dünya şöhrətli boksçu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə çıxacaq.

PARLA xarici mətbuata istinadən xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.

Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq.

Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var.

www.parla.az