Maşınlar üçün bayraq qadağası: Avtomobillərdən asılan bayraqlarımız niyə yığışdırılır? – VİDEObackend

Maşınlar üçün bayraq qadağası: Avtomobillərdən asılan bayraqlarımız niyə yığışdırılır? – VİDEO

Bakıda əksər sürücülərin Azərbaycan Ordusuna dəstək olaraq, avtomobillərindən asdıqları bayraqların yol polisinin tələbi ilə çıxarıldığı bildirilir.

PARLA “yeniçağ”a istinadən xəbər verir ki, yol polisi əməkdaşları Azərbaycan və Türkiyə bayraqlarının asıldığı avtomobillərin sürücülərindən bayraqları çıxarmağı tələb edirlər.

Baş Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Yenicag.az-a açıqlamasında maşınlardan bayraqların çıxarılması məsələsinə belə aydınlıq gətirib.

“Avtomobillərdə istifadə olunan bayraq dövlət qeydiyyat nişanını, eləcə də işıqların üstünü tutmamalı, sürücünün görünüş dairəsini məhdudlaşdırmamalıdır. Bu baxımdan, müəyyən qaydalara əməl etməyən sürücülərə xəbərdarlıq oluna bilər.

Yağış yağarkən avtomobillərdə yararsız vəziyyətə düşən bayraqların fotosunu çəkib yaymışdılar. Bununla bağlı sürücülərə müraciət olunub ki, bayraqların belə vəziyyətdə istifadəsi düzgün deyil. Yoxsa ki, avtomobillərdə bayraqlarımız görünməlidir. Dediyimiz budur ki, bayrağa hörmət olunmalıdır”.

www.parla.az