Makron Qarabağda yaralanan fransız jurnalisti üçün təyyarə göndərəcək – O, ermənilərin işğal etdiyi ərazilərə niyə gəlib?backend

Makron Qarabağda yaralanan fransız jurnalisti üçün təyyarə göndərəcək – O, ermənilərin işğal etdiyi ərazilərə niyə gəlib?

Fransa Prezidenti Emmanuel Makron “Le Monde” qəzetinin Qarabağda yaralanan jurnalisti üçün təyyarə göndərəcəyini açıqlayıb.

PARLA xəbər verir ki, qeyd edək ki, “Le Monde”nin müxbiri Allan Kavalın vəziyyəti ağırdır, Xankəndinin tibb mərkəzində əməliyyat olunur.

Xatırladaq ki, Qarabağın Xocavənd (Martuni) şəhərində iki xarici jurnalist atəş altına düşüb.

Haşiyə: Fransa prezidentinin ermənipərəst olduğu bütün cinahlarda təsdiq olunur. Gah Paşinyan və Putinlə Azərbaycan ordusunun əks-hücumunu dayandırmaq üçün danışır, gah da ermənilərin ölüm kadrlarını çəkmək üçün işğal ərazilərə jurnalist göndərir.

Demokratiyadan dəm vuran bir ölkə başçısı niyə jurnalistini Azərbaycana göndərmir, bu missiya üçün işğalçı dövləti seçir?. Çünki özü də Türkiyənin xarici işlər naziri Mövlut Çavuşğlu demişkən, işağlçıdır.

www.parla.az