Məşhur müğənni, “Dolya Vorovskaya” mahnısı ilə populyarlıq qazanmış müğənni Boka vəfat edib.
PARLA xatırladır ki, əsl adı Boris Davidyan olan müğənni Boka imzası ilə populyarlıq qazanıb.
O 1949-cü il aprelin 28-də Bakıda anadan olmuşdu. 1988-ci ildə ABŞ-ın Los-Anceles şəhərinə köçən müğənni “Dolya Vorovskaya” mahnısı ilə keçmiş sovet sakinləri arasında məşhurluq qazanmışdı.
Qeyd edək ki, Boka məşhur Azərbaycan filmi olan “Ölsəm Bağışla”da “Madam Popuqay” mahnısını ifa etmişdi.