Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirilir – VİDEObackend

Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirilir - VİDEO

Bağlanan 4 bankın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər.

PARLA xəbər verir ki, insanlar banklardakı əmanətlərinin geri qaytarılmasını tələb edirlər.

Şikayətçilərdən biri qeyd edib ki, bağlanan müqavilədə əmanəti sığortalı olsa da, 3 aydır pulu ala bilmir:

“Pandemiya şəraitində iş yerləri bağlanıb, işləmirik, pulumuz yoxdur, bizim pulumuzu qaytarsınlar”.

Vətəndaşlar Mərkəzi Bank rəsmilərindən əmanətçilərin qarşısına çıxıb insanların suallarını cavablandırılmasını tələb edirlər. Daha sonra Mərkəzi Bank nümayəndəsi sədr Elman Rüstəmovun müavini Aftandil Babayevin vətəndaşları qəbul üçün gözlədiyini açıqlayıb.

Əmanətçilər Mərkəzi bank qarşısında yenidən etiraz edir -Canlı

Opublikowany przez Cümhuriyyet TV Środa, 9 września 2020

www.parla.az