“Mənim ürəyim Şuşa” təqdim olundu – VİDEObackend

"Mənim ürəyim Şuşa" təqdim olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb.

Bununla bağlı Bakı Media Mərkəzindən məlumat verilib.

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Üç dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi “YouTube” və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür.

 

 

www.parla.az