Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: “Bu ali məktəbləri seçin”backend

Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: "Bu ali məktəbləri seçin"

“III qrup üzrə 15 368 abituriyent 200-dən çox bal toplayıb. Amma ümumi planda yer olmadığından onlardan 3000-dən çoxu kənarda qalacaq. Bu il III qrup üzrə 82 subbakalavr ərizə verib. Onların da qəbul olma ehtimalı çox aşağıdır. Çünki həmin subbakalavrların iştirak balı 150-200 bal arasıdır”.

PARLA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar birinci seçim zamanı regional ali məktəbləri, yaxud da özəl ali təhsil müəssisələrini seçməlidirlər: “Çünki keçən il orada keçid balları aşağı olub. Birinci yerləşdirmədən sonra inanmıram ki, II mərhələ üçün boş yerlər qalsın”.

M.Abbaszadə əlavə edib ki, bu il üçün III qrup üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% plan yerində artım olub.

www.parla.az