Məktəbli formaları ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Məktəbli formaları ilə bağlı RƏSMİ AÇIQLAMA

“Məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün ənənəvi qaydalardan, o cümlədən yaramarkaların təşkil olunması metodundan istifadə oluna bilər”.

PARLA xəbər verir ki, bu fikiləri 29 avqust tarixində Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

H.Hacıyev bildirib ki, ancaq hələ ki, böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Tələskənlik əldə edilmiş müsbət tendensiyada əks effekt verə bilər”.

Hikmət Hacıyevin bu fikrinin valideynlər tərəfindən xoş qarşılanmadığını qeyd etməliyik.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bildirib ki, məktəbli formaları ilə bağlı yeni nümunələr hazırlanır:

“Məktəbli formalarının tikilişi, onların çatdırılması kimi məsələlərlə bağlı Təhsil Nazirliyi hər hansı bir şirkətlə əməkdaşlıq etmir. Bu, özəl bir fəaliyyət növüdür. Yarmarkalar Operativ Qərargahın müasir standartları və müvafiq qaydalarına uyğun olaraq təşkil edəcək. Yəni o qaydalar hansı çərçivədə fəaliyyətə imkan verəcəksə, yəqin ki, mərkəzi yarmarkalar da o cür əsaslandırılacaq. Tarixlə bağlı dəqiq nəsə deyə bilmərəm”.

www.parla.az