“Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!” – AÇIQLAMAbackend

"Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinin toy mərasimi keçirilib.

PARLA xəbər verir ki, Ramiz Mehdiyevin Novxanıda yerləşən bağ evində təşkil olunan toy mərasimində bir sıra vəzifəli şəxslər iştirak ediblər.

Toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov isə Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

Məsələ ilə bağlı demokrat.az Abel Məhərrəmovun mobil telefonuna zəng edib. Telefona sabiq rektorun bacısı aqressiv şəkildə cavab verib:

“Axı Abel müəllim nə pis iş görüb? Məgər biz cinayətkarıq? Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!”.

www.parla.az