Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya Litvadadırbackend

Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya Litvadadır

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.

PARLA-nın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius “Twitter”də bildirib.

“Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır”, – XİN başçısı qeyd edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanmayıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.

www.parla.az