Lukaşenko Putindən yeni silah istədi: “Vəziyyətə nəzarət edə bilərik”backend

Lukaşenko Putindən yeni silah istədi: "Vəziyyətə nəzarət edə bilərik"

Belarus Prezidenti Aleksandr Lukaşenko, rusiyalı həmkarı Vladimir Putindən Belarusiyaya silah tədarük etməsini xahiş etdiyini deyib.

PARLA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Rusiya prezidentindən bir neçə yeni silah növü istədiyini desə də, lakin hansı silah növündən bəhs etdiyini açıqlamayıb.

“Biz yalnız Belarusda deyil, həm də sərhədlərimizdəki vəziyyətə də nəzarət edə bilərik”, – deyə Lukaşenko bildirib.

Xatırladaq ki, bazar ertəsi Soçidə Rusiya və Belarus prezidentləri arasında təkbə-tək görüş keçirilib. İclasdan sonra isə Rusiyanın Belarusa 1,5 milyard dollar kredit verəcəyi məlum oldu.

www.parla.az