Lukaşenko müxalifətlə dialoqdan imtina etdibackend

Lukaşenko müxalifətlə dialoqdan imtina etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin Kordinasiya Şurası ilə dialoqdan imtina edib.

Məlumatı “BelTA” agentliyi yayıb.

Bildirilib ki, Lukaşenko yalnız əmək kollektivləri ilə görüşəcək.

“Niyə biz kiminsə çaldığına oynamalıyıq? Biz seçkilər keçirdik, bundan sonra gəlin rahat yaşayaq. Onların (Koordinasiya Şurasının) dediyi kimi danışmaq istəyirsiniz, budur, mən sizinlə bir dialoq aparıram. Mən yalnız əmək kollektivləri ilə dialoq aparacağam”.

www.parla.az