Lukaşenko Minskdəki mitinqdə çıxış edir: Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm – FOTObackend

Lukaşenko Minskdəki mitinqdə çıxış edir: Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm - FOTO

Belarusun Prezidenti Aleksandr Lukashenko, Minsk şəhərinin mərkəzində yerləşən “Müstəqillik Meydanı”ndakı dəstək mitinqində çıxış edir.

PARLA sputnik.by portalına istinadən bildirir ki, Prezident aksiyaçılara təşəkkür edib:

“Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız… Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm. İslahat deyirsizsə, sabahdan başlayaq, nə deyirsiz edək. 90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu mənim günahım deyil.

Məni göndərsəniz bu sizin sonunuzun başlanğıcı olacaq. Siz Ukraynada və digər ölkələrdəki kimi naməlum şəxslərin qabağında diz çöküb, yalvaracaqsız. Bizə yeni hökumət təklif edirlər. Bizə NATO-nun qaradərili, sarıağızlı, kürən əsgərlərini təklif edirlər. Bizi çarıq kimi geyinib, qamçılamaq istəyirlər.”

www.parla.az