Lukaşenko gizli andiçmə mərasimi keçirdi: Prezident vəzifəsinin icrasına başladı – VİDEObackend

Lukaşenko gizli andiçmə mərasimi keçirdi: Prezident vəzifəsinin icrasına başladı - VİDEO

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə başlayıb. Lukaşenko heç bir tele yayım, jurnalist olmadan andiçmə mərasimi keçirib. Andiçmə mərasimi İstiqlal Sarayında baş tutur.

PARLA xəbər verir ki, bu barədə “Belta” dövlət agentliyi məlumat yayıb.

Lukaşenko qaydalara görə, sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib. Bundan sonra and içmə aktını imzalayıb.

Belarus MSK başçısı Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.

Mərasimdə yüksək vəzifəli şəxslər, deputatlar, hökumət təşkilatlarının və KİV rəhbərləri, elm adamları, mədəniyyət və idman da daxil olmaqla bir neçə yüz nəfər iştirak edib.

www.parla.az