Lukaşenko etirazçılarla görüşəcək: İşçilərin sualları cavablandırılacaqbackend

Lukaşenko etirazçılarla görüşəcək: İşçilərin sualları cavablandırılacaq

Belarus prezidenti Aleksandr Lukaşenko 17 avqustda Minsk Təkər Zavodunu ziyarət edəcək.

PARLA xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə prezidenti təkər zavodunun kollektivini naraht edən sualları cavablandıracaq.

Qeyd edək ki, Minsk Təkər Zavodu səhmlərinin 100 faizi dövlətə məxsus olan açıq səhmdar cəmiyyətdir. Zavodda 5 minə yaxın insan çalışır. Bu müəssisə ictimai yollarda və çətin ərazi şəraitində ağır yüklərin daşınması üçün nəqliyyat vasitəsi hissələri, habelə hərbi texnikaların mobil hissələrini hazırlayır.

www.parla.az