Livanlı ermənilər Şuşaya da köçürülürbackend

Livanlı ermənilər Şuşaya da köçürülür

Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün işğal olunmuş Dağlıq Qarabağa, Şuşaya köçüblər.

PARLA bildirir ki, bu barədə Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat xidmətinin rəhbəri Zare Sinanyan məlumat verib.

“Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün Qarabağa köçüblər”, – məlumatda deyilir.

Bundan əvvəl, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.

Xatırladaq ki, ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş ölkə olaraq qanunsuz fəaliyyətini, o cümlədən işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirməsi barədə bəyanat yaymışdı.

Beləliklə, “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsi ilə aparılan monitorinqlər nəticəsində işğal altında olan Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.

www.parla.az