Livanın baş naziri istefa verib – KİVbackend

Livanın baş naziri istefa verib - KİV

Livanın hökumət başçısı Hassan Diab kabinetinin 4 naziri istefa verdikdən sonra onun istefa xəbəri də yayılıb.

PARLA xəbər verir ki, bu barədə BƏƏ-nin SkyNews telekanalı iddia irəli sürüb.

Bildirilib ki, baş nazir Hassan Diab istefa vermək məqsədilə hökumət nümayəndələri və prezident Mişel Ounla bir araya gəlib.

Bundan öncə Livanın 4 naziri və altı deputatı Beyrut partlayışının ardından istefa veriblər.

Daxili işlər naziri bu istefanı məsuliyyətdən qaçmaq kimi qiymətləndirib.

www.parla.az