Leyla Əliyevanın oğlu müğənni oldu – FOTO – VİDEObackend

Leyla Əliyevanın oğlu müğənni oldu - FOTO - VİDEO

Emin Ağalarov və Leyla Əliyevanın oğlu Əli ilk klipini çəkdirib.

PARLA xəbər verir ki, bu barədə müğənni Emin Ağalarov öz Instagram səhifəsində paylaşım edib.

“Əli, indi seçdiyin yol dolanbac, çətin, amma bir o qədər də maraqlı yoldur. Getdiyin yolda maneələr, çətinliklər olacaq. Bu enişli-yoxuşlu yollarda xeyirxah insanlara rast gələcəksən. Yolun nə olursa olsun – mən həmişə yanındayam. Hər şey mütləq yaxşı olacaq! Odur ki irəli!”

Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov 2015-ci ilin may ayında boşandıqlarını Instagram hesablarından elan ediblər.

 

www.parla.az