Lavrov: “Üçtərəfli bəyanatın dəyişdirilməsinə imkan verməyəcəyik”backend

Lavrov: “Üçtərəfli bəyanatın dəyişdirilməsinə imkan verməyəcəyik”

“Qəbul edilən bəyanatın yenidən yazılması cəhdlərini görmürük. Düzgün anlayıramsa, hazırda Ermənistanda qəliz müzakirələr gedir. Öz ölkəsinin maraqlarını dəstəkləmək üçün birləşən 17 partiya bəyanatın birmənalı olaraq hər hansısa dəyişikliyə uğramasına qarşı çıxıblar”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

“Biz buna istinad edirik və belə bir cəhdlərin olmaması üçün əlimizdən gələni edəcəyik”, – o qeyd edib.

XİN başçısı həmçinin ABŞ Dövlət Departamentinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatının detallarının izahının vacibliyi barədə açıqlamasını anlamsız sayır.

Lavrov həmçinin bildirib ki, Rusiya azərbaycanlı və erməni qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılmasına dəstək verməyə hazırdır:

“Qaçqınlar məsələsinə gəldikdə, bura həm azərbaycanlı, həm erməni qaçqınlar daxildir-onlar beynəlxalq humanitar hüququn normalarına tam uyğun olaraq, təhlükəsiz və könüllü şəkildə öz ənənəvi yaşayış yerlərinə qaytarılmalıdır”.

Rusiya xarici işlər naziri əlavə edib ki, qaçqınlara əvvəlki yaşayış yerlərində məskunlaşmaq üçün kömək göstərilməlidir, xüsusən də həmin yerlər döyüş əməliyyatlarına məruz qalıbsa və bərpa işləri tələb olunursa.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi bu məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurerelə görüşdə müzakirə edib. “Burada əlbətdə, beynəlxalq təşkilatlar da öz rolunu oynamalıdır və biz buna hərtərəfli dəstək verəcəyik. Qayıtmaq istəyənlərə mümkün qədər tez kömək etmək, bunu maksimal təhlükəsiz, maksimal komfort situasiyada etmək lazımdır”, – Lavrov belə deyib.

www.parla.az