Lənkəran İcra Başçısı 5000 manata toy keçirməyə icazə verir – VİDEObackend

Lənkəran İcra Başçısı 5000 manata toy keçirməyə icazə verir - VİDEO

Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşova məxsus “Deniz” restoranında hər gün xeyli sayda qonaqların iştirak etdiyi məclislər keçirilir.

PARLA xəbər verir ki, şəhər sakinlərinin sözlərinə görə şəhərdə sərt karantin tətbiq edildiyi günlərdə belə, restorandan musiqi sədaları əskik olmurdu.

PARLA-ya daxil olan məlumata görə, Taleh Qaraşova məxsus “Deniz” restoranında hər gün 3000-5000 manat qarşılığında toylar təşkil edilir.

Sizə restorandan dünən çəkilmiş görüntüləri təqdim edirik:

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.

 

www.parla.az