Küləkli və yağışlı hava nə vaxta qədər davam edəcək? – HAVA PROQNOZUbackend

Küləkli və yağışlı hava nə vaxta qədər davam edəcək? - HAVA PROQNOZU

Bu ilin avqust ayı hava dəyişiklikləri ilə bol oldu.

PARLA-nın məlumatına görə, bunu saytımıza açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Şahdağa 15 sm hündürlüyündə qar düşüb və 2009-cu ildən bəri aparılan müşahidələrin nəticələrinə görə, bu ilk belə hadisədir: “Ötən il avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir çox rayonlarda sutka ərzində düşən yağıntının miqdarı aylıq normaya yaxın olub. Eyni zamanda paytaxtda gün ərzində düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək nəticəsində dalğanın hündürlüyü 5,3 metrə çatıb. Yağışlı və küləkli havanın ayın 24-də səhər saatlarından kəsiləcəyi gözlənilir.

www.parla.az