Koronavirusdan sağalanlar donor ola bilərbackend

Koronavirusdan sağalanlar donor ola bilər

Mərkəzi Qan Bankı koronavirus infeksiyasından sağalmış insanlara müraciət edib.

PARLA-nın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər:

“Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik! Qan (plazma) donoru ol, həyat qurtar!”.

Mərkəzi Qan Bankının əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52

www.parla.az