Koronavirusa görə dövlətdən yardım alan 3 deputat – ADLARbackend

Koronavirusa görə dövlətdən yardım alan 3 deputat - ADLAR

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində pandemiyanın zərər vurduğu sahələrdə fəaliyyəti göstərən sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.

PARLA xəbər verir ki, dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında Milli Məclisin deputatları da var.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Abbas “Ədalət Qəzeti”nin (VÖEN – 1300456161) qanuni təmsilçisi kimi pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Erkin Qədirli fərdi sahibkar olaraq (VÖEN – 1301471522) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar Bayramov fərdi sahibkar olaraq (VÖEN – 7500209182) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

www.parla.az