“Kontakt Home” mağazalar şəbəkəsi müharibədən sui-istifadə edir – FOTObackend

"Kontakt Home" mağazalar şəbəkəsi müharibədən sui-istifadə edir - FOTO

“Kontakt Home” mağazalar şəbəkəsi müharibədən sui-istifadə edir

Qarabağ cəbhəsində ağır döyüşlərin getdiyi bir vaxtda, bir sıra işbazlar vəziyyətdən sui-istifadə edərək, öz bizneslərini genişləndirir.

Azərbaycan bayrağını ikiqat qiymətə baha satanlar, cəbhəyanı bölgələrdən şəhərə taksi qiymətlərini ikiqat qaldıranlar və “Kontakt Home” kimi orduya yardım adıyla özünü reklam edənlər bu kateqoriyaya aiddir.

Müdafiə Nazirliyinin dediyi kimi: “Azərbaycan Silahlı Qüvvələrinin heç bir yardıma ehtiyacı yoxdur. Azərbaycan ordusu öz əsgərinin hər bir ehtiyacını qarşılayır.”

Kontakt Home isə, “Sənin olan hər məhsulda etdiyin xeyriyyəçiliyin izi qalacaq!” deyərək, öz məhsulunun satışını həyata keçirir. Satışlardan yığılan pullar orduya dəstək üçün xərclənsə də, “sənin alışın orduya yardımdır” şüarı artıq özünüreklamdır. Kontakt Home bu cür reklamlar etmədən də, orduya kifayət qədər dəstək olmaq iqtidarındadır.

www.parla.az