Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? – RƏSMİbackend

Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - RƏSMİ

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Amma Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq”.

www.parla.az