Kamran Əliyev: “İstintaqdan narazı qalanlar bu nömrəyə zəng etsin”backend

Kamran Əliyev: "İstintaqdan narazı qalanlar bu nömrəyə zəng etsin"

Azərbaycanın yeni baş prokuroru Kamran Əliyev daha bir yeniliyə imza atıb.

PARLA-nın xəbərinə görə, Baş Prokurorluqda istintaqdan şikayət üçün “Qaynar xətt” açılıb.

Baş Prokurorluq 961 nömrəli “Çağrı Mərkəzi” yaradıb, prokurorluq əməkdaşlarının qanunsuz əməlləri ilə, habelə əməliyyat-axtarış fəaliyyəti və ibtidai istintaq zamanı pozuntularla üzləşən vətəndaşlar bu nömrəyə müraciət edə bilərlər. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Bundan başqa, 161 “Qaynar xətt” nömrəsi fəaliyyətini davam etdirir, korrupsiya hüquqpozmaları ilə əlaqədar bu nömrəyə müraciət etmək olar.

www.parla.az