Kafe-restoranlarda sanitar qovşaqlar bağlı olacaq?backend

Kafe-restoranlarda sanitar qovşaqlar bağlı olacaq?

“İaşə müəssisələrinin fəaliyyət göstərməsi üçün elan olunan tələblər məlumdur”.

PARLA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafəyə dair tələblər müəyyən olunub:

“Həmin tələblər qorunmaq şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyən edilməyib. Ancaq sanitar qovşağın ölçüsündən asılı olaraq sahibkarlıq subyektləri müştərilərə məlumat verməlidir”.

www.parla.az