K.Ronaldo növbəti dəfə qələbə qazanan N.Həbibi təbrik etdibackend

K.Ronaldo növbəti dəfə qələbə qazanan N.Həbibi təbrik etdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki “Döyüş adası”nda UFC 254 turnirində çərçivəsində gerçəkləşən görüşdə 32 yaşlı Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.

H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, “Yuventus” və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo bu qələbə münasibətilə rusiyalı kəmər sahibini təbrik edib.

Bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb:

“Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi”.

Xatırladaq ki, rusiyalı üçün bu qələbə atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk, peşəkar karyerasında isə ardıcıl 29-cu qələbə olub.

www.parla.az