Bu gün mətbuatda millət vəkili Jalə Əliyevanın “sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi giriş olmalıdır” təklifini irəli sürməsi ilə bağlı yazılar dərc olunub.
PARLA xəbər verir ki, bu yazılar həqiqəti əks etdirmir. Sözügedən mövzu ilə bağlı millət vəkili Jalə Əliyeva öz Facebook səhifəsində paylaşım edib.
O, qeyd edib ki, “bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb. Mən irəli sürməmişəm. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm.”