İtirmək qorxusu içində olan Araik Arutyunyan: “Şuşanı qorumaq, Artsaxı qorumaq deməkdir”backend

İtirmək qorxusu içində olan Araik Arutyunyan: "Şuşanı qorumaq, Artsaxı qorumaq deməkdir"

Özünü qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti kimi təqdim edən Araik Arutyunyan növbəti dəfə kömək istəyib. Azərbaycanın qüdrətli Ordusu tərəfindən darmadağın edilmiş ordusuna tez-tez səslənən Arutunyan bu dəfə həm də həyacan təbili çalıb.

Azərbaycan ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu, artıq Azərbaycanın mədəni mərkəzi hesab olunan gözəl guşənin işğaldan azad edilməsinə çox az qaldığını bildirən Arutyunyan son dəfə hər kəsi birliyə səsləyib:

“Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir. Şuşa ermənilərin qələbəsinin simvoludur. Şuşanı qorumaq, Artsaxı qorumaq deməkdir. Ona görə də birlikdə şəhərimizi qorumalıyıq”.

A.Arutyunyanın 27 sentyabrdan etibarən etdiyi gülünc çağırışları sosial media istifadəçiləri maraqlı şəkildə qruplaşdırıb.

www.parla.az