İtaliyada erməni vəhşiliyinə qarşı aksiya – FOTOLARbackend

İtaliyada erməni vəhşiliyinə qarşı aksiya - VİDEO

İtaliyada yaşayan həmyerlilərimiz Milanın Duomo meydanında aksiya keçiriblər.

İtaliyada təhsil alan azərbaycanlı model Elvin Babayevin PARLA-ya verdiyi məlumata görə, məqsəd Azərbaycanda mülki vətəndaşlara qarşı işğalçı Ermənistanın törətdiyi terror aktlarını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu İtaliya ictimaiyyətinə çatdırmaq, həmçinin aksiyadan bir gün öncə baş vermiş “Gəncə terror”unu ictimailəşdirmək idi.

Tələbələr aksiya boyu 1990-ci ildən başlayan və hələ də davam edən erməni vəhşiliklərini, işğal olunan torpaqları, ərazi bütövlüyünü sübut edən faktları, Dağlıq Qarabağla bağlı imzalanmış BMT qətnamələrini təsvir edən posterlər və plakatlar nümayiş etdirib. Həmçinin “Qarabağ Azərbaycandır”, “Erməni aqressiyasına, işğalına son”, “Ermənistana inanmayın” kimi şüarlar, reallığı tərənnüm edən nitqlər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət himninin eşidildiyi meydanda aksiya zamanı bir çox italyan vətəndaşları, turistlər yaxınlaşaraq maraq göstərib.

www.parla.az